16:01 10-12-2020
news_image
99
FUTBOL

“İnter” hücumçusunu satır – 100 milyona

İtaliyanın “İnter” klubu futbolçusu Lautaro Martinesi satmağa razılaşıb.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu qış transfer dövründə Milan təmsilçisini tərk edə bilər.

A seriyası klubu 23 yaşlı futbolçusu üçün 100 milyon avro tələb edir. Yayda hücumçunu “Barselona”ya buraxmayan klub rəhbərliyi artıq cənubi amerikalının getməsi ilə razı olub.

Qeyd edək ki, Lautaro cari mövsümdə 10 oyunda 5 qol vurub.