16:42 10-12-2020
news_image
247
FUTBOL

UEFA reytinqində yekun mövqeyi müəyyənləşdi – Azərbaycanın

Azərbaycanın UEFA reytinqinin yekun mövqeyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, ölkəmiz mövsümün sonunda 26-cı pillədə qərarlaşacaq.

İndi də bu mövqedə yer alan Azərbaycanın tutduğu yer dəyişməyəcək. Çünki yazda keçiriləcək avrokubok görüşləri təsirsiz ötüşəcək.

Son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın aktivində 16,875 xal var. Avrokuboklarda mübarizəni sonuncu dayandıracaq “Qarabağ” “Vilyarreal”la bugünkü görüşə çıxmayacaq. Bununla da avrokubok mövsümü 2,500 xalla yekunlaşacaq. Son 5 mövsüm üçün isə bu rəqəm 16,875-dir: 2016/17 - 4,250, 2017/18 - 4,375, 2018/19 - 2,375, 2019/20 - 3,375 , 2020/21 – 2,250.

 Azərbaycanın yekun mövqeyinin müəyyənləşməsində “Ferensvaroş”un “pay”ı olub. Macarıstan təmsilçisi Kiyev “Dinamo”su ilə 3-cü yer uğrunda dueldə geri qalaraq təkcə Çempionlar Liqası deyil, avrokuboklarla vidalaşıb. Bu isə ölkəmizi keçmək imkanı sonuncu rəqibin də sıradan çıxması ilə nəticələnib. 15,500 xala malik Macarıstan 28-ci sırada qalıb.

Düzdür, daha aşağı sıralarda yer alan daha iki ölkənin təmsilçiləri mübarizəni dayandırmayıb. Amma “Lex” (Polşa) və “Dandolk” (İrlandiya) üçün Avropa Liqasının bugünkü matçları mövsümdə sonuncu olacaq. Onların qələbəsi belə Azərbaycanın 26-cı yeri itirməsi təhlükəsi kəsb edir. Bir sözlə, gələn ilin yazında Çempionlar Liqasının 1/8, Avropa Liqasının 1/16 final mərhələsində mübarizəni davam etdirəcək 48 komanda arasında reytinqdə ölkəmizdən geri olanların təmsilçisi yer almayacaq.

Qeyd edək ki, mayda başa çatacaq mövsümdən sonra formalaşan 5 illik reytinq siyahısı ölkələrin 2022/23 mövsümündəki klub bölgüsünə xidmət edir. 26-cı yerin sahibi həmin vaxt Çempionlar Liqasında I təsnifat mərhələsində bir, Konfrans Liqasının II təsnifat mərhələsində üç komandayla təmsil olunmaq hüququ verir.