17:14 10-12-2020
news_image
103
FUTBOL

İki futbolçusu koronavirusa yoluxdu - Avropa Liqası oyunu öncəsi

İtaliyanın "Napoli" klubunun iki futbolçusu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytına vasitəsilə məlumat yayıb.

Avropa Liqasında qrup mərhələsinin "Real Sosyedad"la son matç öncəsi komanda koronavirus testindən keçib. İki futbolçunun - müdafiəçilər Elseyd Hisay və Amir Rahmaninin testinin pozitiv çıxdığı açıqlanıb.

Qeyd edək ki, "Napoli" ilə "Real Sosyeda" arasında oyun bu gün keçiriləcək.