17:24 10-12-2020
news_image
142
FUTBOL

Kuadrado ilə bağlı qərarını verdi - “Yuventus”

İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadrado ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi kolumbiyalı vingeri heyətində saxlamaq niyyətindədir.

Turinlilər 32 yaşlı futbolçunu ən azı müqavilə müddətinin sonunadək komandada görmək istəyir. Kuadradonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Xuan cari mövsümdə 14 matça çıxıb və 8 qol ötürməsi verib.