17:32 10-12-2020
news_image
147
FUTBOL

Yeni futbolçu olmayacaq! – avrokuboklarla vidalaşmağın “hədiyyəsi”

İtaliyanın “İnter” klubu qış transfer pəncərəsi ilə bağlı planlarını müəyyənləşdirib. 

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi yeni futbolçu almayacaq.

Klub rəhbərliyinin belə sərt qərarına səbəb “İnter”in avrokuboklarla vidalaşmasıdır. Çempionlar Liqasının qrup sonuncusu olmaqla mövsümə erkən vida rəhbərliyi qəzəbləndirib.

Qeyd edək ki, “İnter” “Şaxtyor”la son turdakı qolsuz heç-heçədən sonra turnirlə vidalaşıb.