22:12 10-12-2020
news_image
110
FUTBOL

“Barselona”ya rəqib oldu – “Arsenal”

İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Erik Qarsiya daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, gənc futbolçu Premyer Liqanın digər təmsilçisi “Arsenal”ın diqqət mərkəzinə düşüb.

“Topçular”ın baş məşqçisi Mikel Arteta 19 yaşlı ispaniyalının keçidi sayəsində müdafiənin mərkəzindəki problemi həll edəcəklərini düşünür. Bu üzdən London klubu qış fasiləsində onu transfer etməyə çalışacaq. Ancaq İspaniya “Barselona”sı da yanvarda bu keçidi reallaşdırmaq üçün “Mançester Siti”yə 8 milyon avro təklif edəcək.

Qeyd edək ki, Erik Qarsiya cari mövsüm 7 oyunda iştirak edib.