22:54 10-12-2020
news_image
120
FUTBOL

Messinin mümkün keçidinə aydınlıq gətirdi – PSJ-nin prezidenti

Fransanın PSJ klubunun prezidenti Nasser əl-Xelayfi İspaniya “Barselona”sının kapitanı Lionel Messinin mümkün transferinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri argentinalı superulduzun ən geci mövsümün sonunda Paris təmsilçisinə keçəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləməyib.

Ancaq əl-Xelayfi eyni zamanda bunu təkzib də etməyib: “Digər klublara hörmət edirik və onların da bizə hörmət etmələrini istəyirik. Mənim üçün Messi “Barselona”nın futbolçusudur. Bu kluba hörmətlə yanaşırıq. Bu səbəbdən indi Messinin mümkün müqaviləsi barədə danışa bilmərik”.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Messinin xidmətində “Mançester Siti” və PSJ klubları maraqlıdır.