00:09 11-12-2020
news_image
97
FUTBOL

“Halanda ehtiyacımız yoxdur, Levandovskimiz var” – “Bavariya”nın rəhbəri

Almaniyanın “Bavariya” klubunun rəhbəri Karl-Hans Rummenigge Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandla bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu norveçli forvardı transfer etmək istəmələri ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.

O, Halandı tərifləsə də, gənc oyunçunun keçidində maraqlı olmadıqlarını etiraf edib: “Bizim Halanda ehtiyacımız yoxdur. Çünki Levandovskimiz var. Buna baxmayaraq, Erlinq vəhşidir. Çox qol vurur və “Qızıl oğlan” mükafatına tam layiqdir”.

Qeyd edək ki, Haland Almaniya klubuna bu ilin yanvarında 20 milyon avro qarşılığında “Zalsburq”dan keçib.