00:33 11-12-2020
news_image
145
FUTBOL

“Barselona” məhkəməni uddu – təzminat alacaq

İspaniyanın “Barselona” klubu İdman Arbitraj Məhkəməsində (CAS) Braziliya “Santos”una qarşı məhkəmə iddiasında qalib gəlib.

Apasport.az saytının məlumatına görə, məhkəmə Braziliya klubunu hücumçu Qabiqolanın transferi ilə bağlı razılaşma çərçivəsində ispanlara təzminat ödəməyə məcbur edib.

Məsələ burasındadır ki, Neymarın transferindən sonra “Barselona”nın Qabiqol üçün prioritet hüququ var idi, lakin “Santos” futbolçunun İtaliya klubu “İnter”ə satılması barədə kataloniyalıları məlumatlandırmayıb. Bu üzdən “Santos” “Barselona”ya 2,9 milyon avro ödəniş etməli olacaq.

Qeyd edək ki, Qabiqol “Santos”dan “İnter”ə 2016-cı ilin yayında 29,5 milyon avroya keçib.