09:24 11-12-2020
news_image
137
FUTBOL

İki ölkə itkisiz irəliləyir – avrokuboklarda

Avrokubokların 2020/21 mövsümünün qrup mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, yazda mübarizəni davam etdirəcək 40 komanda 19 ölkəni təmsil edir.

Onlardan ikisi – İspaniya və İngiltərə itkisiz irəliləyir. Hər iki ölkənin iki 7 klubu kuboklar uğrunda mübarizə aparır. İspaniya Çempionlar Liqasının 1/8  finalında 4, Avropa Liqasının 1/16 finalında 3 komanda ilə təmsil olunacaq. İngiltərədə isə bu rəqəmlər müvafiq olaraq 3 və 4-dür.

Digər ölkələr isə ən azı 1 təmsilçisini itirib. Almaniya və İtaliyanın 6 klubu mübarizəni davam etdirir. Onlar Çempionlar Liqasında müvafiq olaraq 4 və 3 komanda ilə qalıb. Portuqaliyanın 3, Fransanın iki klubu qrupdan çıxıb ki, onların hərəsinin bir təmsilçisi Çempionlar Liqasında yer alıb.

Təmsilçisi mübarizəni davam etdirən digər 13 ölkənin klubları Avropa Liqasındadır. Niderland, Avstriya, Belçika, Ukrayna hərəyə 2, Rusiya, Şotlandiya, İsrail, Serbiya, Çexiya, Xorvatiya, Yunanıstan, İsveçrə və Norveç hərəyə 1 komanda ilə yazda avrokubok həyəcanı yaşayacaq.