09:26 11-12-2020
news_image
158
FUTBOL

Türkiyə çempionu təsnifat mərhələsində çıxış edəcək – Çempionlar Liqasında

Türkiyə Super Liqasında 2021/22 mövsümünün çempionu növbəti il Çempionlar Liqasında (ÇL) birbaşa qrup mərhələsindən yarışa qoşula bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb Türkiyə klublarının avrokuboklarda topladığı xal sayının az olmasıdır.

Çempionlar Liqasında yer aldığı qrupda sonuncu yeri tutan “Başakşəhər”in ardından “Sivasspor” da Avropa Liqasında (AL) mübarizəni erkən dayandırıb. Bununla UEFA reytinqində 13-cü pilləyə düşən Türkiyə 2022/23 mövsümündə ÇL-in birbaşa qrupuna komanda göndərə bilməyəcək. Həm Super Liqa çempionu, həm də AL-ə vəsiqə əldə edəcək komandalar qrupa düşmək üçün təsnifat mərhələsində mübarizə aparacaq.

Bu mövsüm Çempionlar Liqasını qazanacaq komanda ölkə çempionatından ÇL-ə vəsiqə qazanmasa, Türkiyə çempionu növbəti mövsüm də seçmə mərhələdə gücünü sınamalı olacaq.