10:45 11-12-2020
news_image
289
FUTBOL

İlk dəfə qələbəsiz - “Qarabağ”dan antirekord

Avrokubokların qrup mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümü Azərbaycan çempionu “Qarabağ” üçün antirekordla əlamətdar olub.

Ağdam təmsilçisi avrokubokların qrup mərhələsində ən zəif nəticəsinə imza atıb. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının İ qrupunu cəmi 1 xalla başa vurub.

Düzdür, hazırda turnir cədvəlində ağdamlıların bir oyununun qaldığı əks olunub. Lakin İspaniya “Vilyarreal”ı ilə səfər matçına yollanmayan “Qarabağ”ın texniki məğlubiyyət alması an məsələsidir. Yəni 0:3 hesablı yenilginin rəsmiləşməsinin nə zaman reallaşması UEFA-dan asılıdır. Bu, komandanın 6-cı oyunda 5-ci məğlubiyyəti olacaq.

Qrupu qələbəsiz yekunlaşdıran Qurbanovun komandası heç vaxt Avropa Liqasında belə halla üzləşməyib. Dəfələrlə qrup sonuncusu olsa belə, ağdamlılar ən azı bir qələbə ilə təsəlli tapıb. Bu dəfə isə təsəlli qələbəsi də yoxdur.

Avropa Liqasında ilk dəfə qrupda qələbə qazanmayan “Qarabağ” hətta Çempionlar Liqasının qrupunda oynadığı 2017/18 mövsümündə daha çox xal yığıb. Həmin vaxt çempionumuz mərhələni 2 heç-heçə ilə bitirib.

Qeyd edək ki, “Qarabağ” son 7 ildə 6 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqasının qrupunda oynayıb.

“Qarabağ” Avropa Liqasının qrupunda:

2014/15

6

1

3

2

3-5

6

2015/16

6

1

1

4

4-8

4

2016/17

6

2

1

3

7-12

7

2018/19

6

1

0

5

2-13

3

2019/20

6

1

2

3

8-11

5

2020/21

5

0

1

4

4-10

1

Qeyd: bu günlərdə rəsmiləşəcək texniki məğlubiyyət cədvələ daxil edilməyib.