11:57 11-12-2020
news_image
74
FUTBOL

“Bavariya” müdafiəçi gətirir – Fransadan

Almaniyanın “Bavariya” klubu Fransadan müdafiəçi gətirir.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi “Marsel”in arxa xətt oyunçusu Bubakar Kamaranı almağa qərar verib.

21 yaşlı fransalının keçidinin qışda reallaşacağı gözlənilir. Yayda transfer məbləği ilə razılaşmayan klubların bu dəfə ortaq məxrəcə gəldiyi bildirilir. Bubakar üçün 20 milyon avro ödəniləcək.

Qeyd edək ki, Kamara cari mövsüm Liqa1-də 11 matça çıxıb.