13:16 11-12-2020
news_image
97
FUTBOL

“Qarabağ”ı ziyana saldı - diktor

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda I divizionun IX turunda baş verənlər müzakirə olunub.

“Qarabağ-2” – “Keşlə-2” oyununda Ağdam təmsilçisi cəzalanıb. Klub 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80, oyunda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün 80, diktor vaxtında iştirak etməyərək məlumatların verilməsini təmin etmədiyi üçün daha 80 manat cərimə olunub.

“Sumqayıt-2” ilə oyunda MOİK-in futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Matçda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün bakılılar daha 80 manat ödəyəcək. “Sumqayıt-2”ın futbolçusu İsmayıl Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat xərcə salıb.