13:30 11-12-2020
news_image
129
FUTBOL

Həftənin komandası açıqlandı – Avropa Liqasında

Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin VI turunun “11-liy”ində 9 klub təmsil olunub.

“Milan” və Zaqreb “Dinamo”sunun hərəsinin iki üzvü rəmzi komandaya düşüb.

Qapıçı: Kiprian Tataruşanu (“Milan”);
Müdafiəçilər: Dioqo Dalot (“Milan”), Yevgenu Çeberko (LASK), Joşko Qvardiol (“Dinamo” Zaqreb), Enrik Saborit (“Makkabi” Təl-Əviv),
Yarımmüdafiəçilər: Lirim Kastrati (“Dinamo” Zaqreb), Maqnus Volff Eykrem (“Molde”), Covani Lo Çelso (“Tottenhem”), Leon Beyli (“Bayer”);
Hücumçular: Maksimilian Beyer (“Hoffenhaym”), Joel Piroe (PSV).