13:38 11-12-2020
news_image
208
FUTBOL

“Təqvimin dəyişməsi hazırlıq planına təsir edir” - Visente Qomes

“Əsas odur ki, Premyer Liqada mübarizə davam edəcək”.

Bunu apasport.az saytına “Sabah” klubunun baş məşqçisi Visente Qomes deyib.

İspaniyalı mütəxəssis Peşəkar Futbol Liqasının ölkə çempionatının təqvimində etdiyi dəyişikliklərə münasibət bildirib. 49 yaşlı çalışdırıcı bunun hazırlıqlarına təsirsiz ötüşməyəcəyini etiraf edib: “Əlbəttə, təqvimin dəyişməsi istənilən halda komandanın hazırlıq planına təsir edir. Ona görə də, məncə, hazırda təqvim barədə danışmaq vacib deyil. Əsas odur ki, yeni təqvim artıq qəbul olunub və futbol davam edəcək”.

Qeyd edək ki, “Sabah” Premyer Liqanın XII turunda dekabrın 20-də “Neftçi”ni qəbul edəcək.