
13:43
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların məkanı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, komandamız matçlarını Lüksemburqda oynayacaq.
U-19 yığmamız İspaniya, Belçika və Lüksemburqla birgə 8-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin görüşləri 2021-ci il 8-17 noyabr tarixlərində Lüksemburqda təşkil olunacaq.