14:48 11-12-2020
news_image
221
FUTBOL

Türkiyə millisinin sabiq üzvünü sınayır – “Keşlə”

“Keşlə” klubu baxışa legioner dəvət edib.

Apasport.az saytı xəbər verir ki, bu barədə bakılıların baş məşqçisi Yunis Hüseynov məlumat verib.

O bildirib ki, türkiyəli yarımmüdafiəçi Semih Kayanı sınaqdan keçirir: “Cinah yarımmüdafiəçisidir, agentlər təklif etdi, biz də problem görmədik. Bir məşqdə iştirak edib, 2-3 gün baxacağıq, sonra yekun qərarımızı verəcəyik. Özünü yaxşı tərəfdən göstərsə, kollektivə cəlb edəcəyik. Əks təqdirdə, geri qayıdacaq. İlkin təəssüratımızı indi deməyək, çünki cəmi bir məşqə çıxıb”.

Qeyd edək ki, Almaniyada “Köln” və “Axen”in aşağı yaş komandalarında çıxış edən Semih Türkiyədə “Pendikspor”un formasını geyinib. Türkiyənin U-16 millisinin də formasını geyinmiş Kaya son olaraq Almaniyada “Optik Ratenou”da oynayıb və bu yaydan klubsuzdur. sport24.az