15:26 11-12-2020
news_image
101
FUTBOL

Neymar ən yaxşı seçildi - Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin VI turunun ən yaxşısı Neymar seçilib.

Fransanın PSJ klubunun futbolçusu azarkeşlər arasında səsvermədə qalib olub. Neymar VI turun “Başakşəhər”lə (Türkiyə) qarşılaşmasında het-trikə imza ataraq, 5:1 hesablı qələbənin memarı olub.

Qeyd edək ki, səsvermədə digər namizədlər Yussef en-Nesiri (“Sevilya”), Kərim Benzema (“Real”) və Anatoli Trubin (“Şaxtyor” Donetsk) olub.