15:37 11-12-2020
news_image
154
FUTBOL

Ayın futbolçusu və baş məşqçisi açıqlandı – Premyer Liqada

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu və baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları 6 oyunçu və 4 çalışdırıcı arasında seçib aparıb.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş ayın futbolçusu adına layiq görülüb. Portuqaliyalı 4 oyunda 4 qol, 1 assistlə buna yiyələnib. Fernandeş mükafat uğrunda Ben Kiluell (“Çelsi”), Cek Qriliş (“Aston Villa”), Pyerr-Emil Hoybyerq (“Tottenhem”), Angelo Oqbonna (“Vest Hem”) və Ceyms Uord-Prouseni (“Sauthempton”) qabaqlayıb.

“Tottenhem”in çalışdırıcısı Joze Mourinyo isə ən yaxşı baş məşqçi seçilib. Portuqaliyalı mütəxəssis həmkarları Frenk Lempard (“Çelsi”), David Moyes (“Vest Hem”) və Ole-Qunnar Sulşerdən (“Mançester Yunayted”) üstün olub. Onun rəhbərliyi altında londonlular ötən ay ərzində keçirdikləri 4 oyunun 3-də qələbə qazanıb, 1-də heç-heçə edib.