16:54 11-12-2020
news_image
87
FUTBOL

İtaliyaya qayıtmaq istəyir - Poqba

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba komandasını dəyişmək arzusundadır.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü İtaliyaya qayıtmağı və yenidən “Yuventus”un formasını geyinməyi planlaşdırır.

Turin təmsilçisi də onun xidmətində maraqlı olduğundan, Poqba “qırmızı şeytanlar”ı bu keçidə razı salmağa çalışır. Onu həmçinin “Real” və PSJ klubları da transfer gündəmində saxlayır. Oyunçunun meneceri Mino Rayola isə müştərisi ilə bağlı italyanlardan təklif aldığını etiraf edib.

Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illərdə “Yuventus”un şərəfini qoruyub.