17:32 11-12-2020
news_image
195
FUTBOL

Seçimini etdi - macar ulduz

Avstriyanın “Zalsburq” klubunun futbolçusu Dominik Soboslainin karyerasını davam etdirəcəyi komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Avropa nəhənglərinin də heyətində görmək istədiyi macarıstanlı yarımmüdafiəçi Bundesliqada oynamağa üstünlük verib.

Dominik Almaniya “Leypsiq”i ilə anlaşıb. 20 yaşlı futbolçunun keçidi yeni il ərəfəsində rəsmən açıqlanacaq. Bu transfer 25 milyon avroya reallaşacaq.

Qeyd edək ki, Soboslai cari mövsüm “Zalsburq”da 19 oyunda 8 qol vurub və 9 assistə imza atıb.