17:35 11-12-2020
news_image
160
FUTBOL

Müdafiənin mərkəzinə futbolçu tapdı – “Barselona”

İspaniyanın “Barselona” klubu müdafiənin mərkəzi üçün oyunçu axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, prioritet hədəfi İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Erik Qarsiya olan kataloniyalılar onun keçidinin baş tutmama ehtimalını da nəzərdən keçirir.

Belə olarsa, “Barsa” alternativ varianta əl atacaq. Bu isə Niderlandın “Ayaks” klubunun müdafiəçisi Lisandro Martines olacaq. Baş məşqçi Ronald Kumanın 22 yaşlı argentinalı oyunçunun alınmasına müsbət yanaşır. Qış fasiləsində Erik Qarsiya ilə danışıq uğursuz nəticələnsə, Martines üçün danışıq aparılacaq.

Qeyd edək ki, ötən ildən “Ayaks”ın formasını geyinən Lisandro Martines bu mövsüm Niderland çempionatında 8 oyunda 2 qol vurub.