22:55 11-12-2020
news_image
104
FUTBOL

Super Liqada növbəti yoluxma – “Kayserispor”da

Türkiyənin Super Liqasında daha bir koronavirusa yoluxma qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bunu “Kayserispor” klubu açıqlayıb.

Klubun yaydığı məlumatda bildirilir ki, koronavirus testi verən futbolçulardan birində infeksiya aşkarlanıb. Testi daha öncə pozitiv nəticələnən iki oyunçunun bu dəfəki cavabı neqativ olub. “Trabzonspor”la üz-üzə gələcək Kayseri təmsilçisi yoluxan futbolçunun adını açıqlamayıb.