10:15 12-12-2020
news_image
176
FUTBOL

Ronaldo 1-ci, Messi 32-ci – “100”ə kim tez çatdı?

Bir klubun heyətində 100 qol vurmaq üçün ən az oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə XXI əsrdə “Böyük beşlik” liqalarında bombardirlik nümayiş etdirən oyunçular yer alıb.

“100”ə ən tez çatan futbolçu Kriştiano Roanldodur. Portuqaliyalı ulduz “Real”ın heyətindəki 100-cü qoluna 105-ci matçında imza atıb.

Uruqvaylı Luis Suares “Barselona”da keçirdiyi 120-ci, isveçli Zlatan İbrahimoviç PSJ-dəki 124-cü matçında 100 qol səddini fəth edib. “Barselona”nın lideri Lionel Messi isə buna nail olmaq üçün 188 oyun keçirib. O, bu göstəricidə 32-cidir.

1. Kriştiano Ronaldo (“Real”) - 105
2. Luis Suares (“Barselona”) – 120
3. Zlatan İbrahimoviç (PSJ) – 124
4. Ruud van Nistelroy (“Mançester Yunayted”) – 131
5. Edinson Kavani (“Napoli”) – 135
6. Robert Levandovski (“Bavariya”) – 136
7. Killian Mbappe (PSJ) – 137
8. Kristian Vyeri (“İnter”) – 138
9. Çiro İmmobile (“Latsio”) – 147
10. Samuel Eto (“Barselona”) - 154