10:40 12-12-2020
news_image
87
FUTBOL

“Real” sabiq müdafiəçisini geri qaytarır – 45 milyona

İspaniyanın “Real” klubu Serxio Reqilonu heyətinə qaytaracaq.

Apasport.az saytının məlumatına görə, madridlilər 2020-ci ilin yayında İngiltərə “Tottenhem”inə keçən müdafiəçinin müqaviləsindəki bənddən yararlanmaq niyyətindədir.

Anlaşmaya əsasən “Kral klubu” futbolçunu geri qaytarmaq hüququna malikdir. Bunun üçün “Real” 45 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 23 yaşlı ispaniyalı cari mövsümdə 12 oyunda 3 qol ötürməsi verib.