11:24 12-12-2020
news_image
74
FUTBOL

MLS-dən təklif - millinin sabiq baş məşqçisinə

Fransa millisinin sabiq baş məşqçisi Loran Blan karyerasını bərpa edə bilər.

Apasport.az saytının məlumatına görə, 4 ildir işsiz qalan mütəxəssis Şimali Amerikadan təklif alıb.

O, MLS-də çıxış edən Kanadanın “Toronto” klubunu çalışdırmağa yaxındır. Baş məşqçisi Qaret Veynini istefaya göndərən şimali amerikalılar fransalı xilaskar kimi görür. 

Bir müddət əvvəl “Nant”ın baş məşqçisi olmaq variantından imtina edən Blan təkliflə razılaşsa, 2016-cl ildən sonra karyerasında yaranan fasiləyə son vermiş olacaq.

Qeyd edək ki, Fransa millisinin futbolçusu kimi dünya və Avropa çempionu olmuş Blan baş məşqçi kimi “Bordo” (2007-10), yığma (2010-12) və PSJ-də (2012-16) çalışıb.