14:48 12-12-2020
news_image
193
FUTBOL

Özil gedir – MLS-ə

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil karyerasını MLS-də davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi Şimali Amerika klublarından birinə keçməyə ilkin razılıq verib.

Onunla birdən birə üç klub maraqlanır. Bunlar “İnter Mayami”, “Di Si Yunayted” və “Los Anceles Qalaksi”dir.

Özilın “Arsenal”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. ABŞ təmsilçilərindən biri futbolçunu azad agent kimi heyətinə qata biləcək.

Qeyd edək ki, Məsut Türkiyə “Fənərbaxça”sının da maraq dairəsindədir.