22:42 12-12-2020
news_image
311
FUTBOL

Ronaldo-Poqba dəyişikliyi təklifi – “Yuventus”dan

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo komandasını dəyişməyə hazırlaşır.
 
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin baş məşqçisi Andrea Pirlo portuqaliyalı superulduzun gedişinə qarşı deyil.
 
Gənc mütəxəssis 35 yaşlı forvardın oyun üslubuna uyğun olmadığı qənaətindədirsə, rəhbərlik yüksək maaş səbəbindən bu ayrılığa müsbət yanaşır. Hətta “qoca sinyora” Ronaldonu onun xidmətində maraqlı olan İngiltərə “Mançester Yunayted”inə təklif edib. İtalyanlar bunun qarşılığında “qırmızı şeytanlar”dan yarımmüdafiəçi Pol Poqbanı istəyib. Bu dəyişiklik reallaşarsa, hər iki oyunçu sabiq komandasına qayıdacaq.
 
Qeyd edək ki, Kriştianu Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”, Pol Poqba isə 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib.