23:50 12-12-2020
news_image
97
FUTBOL

Yenə uduzdu – İsrafilovun komandası

İspaniya La Liqa-2-də XVIII tur davam edir.
 
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfər matçına çıxıb.
 
“Kastelyon”un qonağı olan komanda səfərdən 0:3 hesablı məğlubiyyətlə ayrılıb. Bununla “Albasete”nin qələbəsiz oyunlar seriyası 10-a (3 heç-heçə, 7 məğlubiyyət) çatıb. Görüşə ehtiyatdan başlayan İsrafilov 64-cü dəqiqədə, hesab 1:0 olarkən meydana çıxıb.
 
Qeyd edək ki, aktivində 11 xal olan “Albasete” 22 komanda arasında sonuncu pillədə qərarlaşıb.