00:57 13-12-2020
news_image
156
FUTBOL

Hücumçusunu 2 aylıq itirdi – “Liverpul”

İngiltərənin “Liverpul” klubunun hücumçusu Dioqo Jotanın durumuna aydınlıq gəlib.
 
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında qrup mərhələsinin son turunda “Midtyulland”la görüşdə zədələnən portuqaliyalı futbolçunun vəziyyəti gözləniləndən pisdir.
 
Əvvəlcə onun cəmi bir matç buraxacağı proqnozlaşdırılsa da, tibbi müayinədən sonra 24 yaşlı oyunçunun dizində ciddi zədə aşkarlanıb. Həkimlər onun təxminən 2 ay komandadan uzaq qalacağını bildirib.
 
Qeyd edək ki, “Liverpul”a mövsümün əvvəlində keçən Dioqo Jota Premyer Liqada 9 oyunda 4 qol vurub.