01:11 13-12-2020
news_image
136
FUTBOL

“Sona”nı seçdi – 39 yaşlı müdafiəçi

“İnter” klubunun sabiq futbolçusu Maykon karyerasını davam etdirəcək.
 
Apasport.az saytının məlumatına görə, 39 yaşlı müdafiəçi yenidən İtaliyada çıxış edəcək.
 
Son olaraq ölkəsi Braziliyada “Villa Nova” klubunun formasını geyinən sağ cinah oyunçusu İtaliya D seriyası təmsilçisi “Sona” ilə müqavilə bağlayıb.
 
Qeyd edək ki, Maykon karyerası ərzində “Kruzeyro”, “Monako”, “İnter”, “Mançester Siti” və “Roma” kimi klubların şərəfini qoruyub. Futbolçu Braziliya yığmasının heyətində 76 oyunda 7 qol vurub.