12:37 13-12-2020
news_image
144
FUTBOL

Rossinin dəfnində evinə girdilər – qarətçilər

Əfsaməvi italiyalı futbolçu Paolo Rossinin dəfni zamanı evi qarət olunub.

Apasport.az saytının məlumatına görə, dekabrın 9-da 64 yaşında vəfat edən sabiq hücumçunun evinə daxil olan cinayətkarlar şəxsi əşyalarını oğurlayıb.

Qarətçilər ailənin pul vəsaitlərini də aparıb. Rossinin həyat yoldaşı polisə xəbər verdikdən sonra araşdırmalara başlanılıb. O, dəfndən döndükdən sonra hadisədən xəbər tutub.