
00:26
İngiltərənin “Liverpul” klubu futbolçusu Fabinyo ilə yollarını ayırmaq qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlayıb.
Alman mütəxəssis bildirib ki, yarımmüdafiəçi qış transfer dövründə başqa komandaya keçəcək: “İndiki heyəti saxlamaq istəyərdik. Amma buna gücümüz çatmır. Fabinyo yaxın zamanda başqa komandaya gedəcək”.
Qeyd edək ki, Fabinyo cari mövsümdə 16 oyun keçirib.