14:04 13-12-2020
news_image
108
FUTBOL

“Atletiko” dayandı, Zidanla “Real”dan davam - derbidə

İspaniya “Real”ının baş məşqçisi Zinəddin Zidan Madrid derbisindəki məğlubiyyətsizlik seriyasını 7-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, onun yetirmələri “Atletiko” ilə son 7 qarşılaşmada 3-cü qələbəsini qazanıb.

Seriya müddətində aktivində 4 heç-heçə olan fransalı mütəxəssisin yetirmələri La Liqanın görüşündə 2 cavabsız qola sevinib. “Real”ın baş məşqçiləri arasında son 34 ildə belə nəticəyə imza atan olmayıb.

Zidana qədər Madrid derbisində 7 oyun uduzmayan son “Real”lı mütəxəssis Luis Molovni olub. 1974-86-cü illərdə dəfələrlə istefaya göndərilən baş məşqçiləri müvəqqəti əvəz edən çalışdırıcı “Atletiko” ilə görüşlərdə 7 oyunluq məğlubiyyətsizliyə imza atıb. Bu derbilərdə onun yetirmələri 5 qələbə qazanıb və 2 heç-heçə edib.

Ümumilikdə isə “Atıetiko” La Liqada ardıcıl 9-cu dəfə “Real”ı yenə bilməyib. 2016-cı il fevralın 27-də 1:0 hesablı qələbəyə sevinən Dieqo Simeonenin yetirmələri sonrakı matçlarda 5 heç-heçə edib və 4 məğlubiyyət alıb.

Qeyd edək ki, “Real” “Atletiko”nun 26 oyunluq seriyasına da son qoyub. Bu ilin fevralında “Kral klubu”na 0:1 hesabı ilə uduzandan sonra Simeonenin komandası La Liqada 17 qələbə qazanıb və 9 heç-heçə etmişdi.