21:48 13-12-2020
news_image
78
FUTBOL

“Yuventus”da 100-ə çatdı – 77 qolla

Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubunda 100-cü matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, A seriyasının “Cenoa” ilə qarşılaşması portuqaliyalı üçün yubileylə əlamətdardır.

35 yaşlı hücumçu indiyədək Turin təmsilçisində 99 oyuna çıxıb. Onun aktivində 77 qol var.

Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb.