22:49 13-12-2020
news_image
111
FUTBOL

Daha bir futbolçusu koronavirusa yoluxdu – “Qalatasaray”ın

Türkiyənin “Qalatasaray” klubunda növbəti koronavirus testinin nəticələri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi bir futbolçusunun testinin müsbət nəticələndiyini açıqlayıb.

Bildirilir ki, adı açıqlanmayan oyunçu karantinə alınıb. Bu, “sarı-qırmızılar”da ilk belə hal deyil. Bunadək Arda Turan, Yunes Belhanda, Omar Elabdellaoui, Rayan Babel və Okan Kocukun da testi müsbət nəticə verib.