09:21 14-12-2020
news_image
81
FUTBOL

Baş məşqçisi koronavirusa yoluxdu – Türkiyə klubunun

Türkiyənin “Kasımpaşa” klubunda növbəti koronavirus testinin nəticələri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi baş məşqçisi Fuat Çapanın testinin müsbət nəticələndiyini açıqlayıb.

Bildirilir ki, çalışdırıcı tibbi protokola uyğun karantinə alınıb və müalicəsinə start verilib.

Qeyd edək ki, dünən Super Liqanın digər təmsilçisi “Qalatasaray”da bir futbolçunun koronavirusa yoluxduğu açıqlanıb.