10:08 14-12-2020
news_image
103
FUTBOL

Son testin nəticələrini açıqladı – “Zirə”

“Zirə” klubunun son koronavirus testinin nəticələri açıqlanıb.

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandada artıq heç bir yoluxma yoxdur.

Son test məşqçilər korpusu, futbolçu heyəti və klub işçilərinin hamısında neqativ çıxıb. Komanda hazırda Premyer Liqanın XII turunda “Sumqayıt”la keçiriləcək görüşün hazırlıqlarını davam etdirir.

Qeyd edək ki, dekabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Sumqayıt” matçı saat 16:00-da başlayacaq.