11:19 14-12-2020
news_image
131
FUTBOL

1 yoluxma – “Səbail”də

Premyer Liqanın XII turunda “Keşlə”nin qonağı olacaq “Səbail”də futbolçular yenidən koronavirus testindən keçib.

Bu barədə apasport.az saytına qəsəbə təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı çalışdırıcı bildirib ki, son testin nəticələri ürəkaçan olub. Çünki cəmi 1 futbolçuda – yarımmüdafiəçi Orxan Qurbanlıda nəticə pozitiv çıxıb. Koronavirusdan sağalan Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov, Elgün Nəbiyev və Rauf Əliyev artıq kollektivə qoşulublar.

Orxan Qurbanlı ilə yanaşı, qapıçı Kamran Ağayev də məşqdə iştirak etmir. Təcrübəli qolkiperin atası koronavirusa yoluxduğu üçün Ağayev baş məşqçidən icazə alıb.

Qeyd edək ki, dekabrın 20-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Səbail” oyunu saat 16:00-da başlayacaq.