11:38 14-12-2020
news_image
91
FUTBOL

Karyerası ilə bağlı qərarları onlarla birgə verir – Mbappe

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappe gələcək karyerası barədə qərarı ailəsi ilə birlikdə verəcək.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşlı hücumçunun özü açıqlayıb.

Paris təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq forvard bildirib ki, belə vacib qərarları təkbaşına vermir: “Bütün vacib qərarları bir yerdə veririk. Düşünürəm ki, bu, daha düzgündür. Ailəm mənə irəliləməyə kömək edir. Onun sayəsində olduğum yerdəyəm. Ailəsiz buna nail olmaq mümkünsüz idi. Çünki bəzən çətin vəziyyətlər yaranır. Valideynlərim həmişə mənə dəstək olub. Onlar məni düzgün istiqamətdə yönləndirir və mənim bəxrim gətirib”.