12:01 14-12-2020
news_image
77
FUTBOL

Sınıq şübhəsi - Neymarda

Fransanın PSJ klubunun futbolçusu Neymar ciddi zədə alıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu Liqa1-in XIV turunda “Lion”la görüşün son dəqiqələrində ayağından xəsarət alıb.

Rəqib oyunçu Tyaqo Mendeşin kobud müdaxiləsindən sonra meydançanı xərəkdə tərk edən 28 yaşlı oyunçunun sol ayağında sınıq şübhəsi var. Həkimlər Neymarın uzun müddət komandadan ayrı qalacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, öz meydanında “Lion”a 0:1 hesabı ilə məğlub olan PSJ liderliyi əldən verib.