12:50 14-12-2020
news_image
384
FUTBOL

Elbrus Abbasov koronavirusdan vəfat edib

Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib.

Bu barədə apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, 70 yaşlı sabiq oyunçu bu gün koronavirusdan dünyasını dəyişib: "Həyat yoldaşı da, özü də Quzanlıda olanda xəstələnmişdi. Vəziyyəti ağırlaşanda Bakıya gətirdilər. Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev onu bura gətizdirdi. AFFA-nın vitse-prezidenti Elxan Məmmədov da qurumun həkimini yönləndirdi. Ancaq təxminən yarım saat əvvəl oğlu zəng edərək, rəhmətə getdiyini bildirdi".

Qeyd edək ki, futbolçu karyerası ərzində “Qarabağ”, “Neftçi”, “Dinamo” (Gəncə) kimi klubların formasını geyinmiş Elbrus Abbasov son olaraq Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri kimi çalışıb. Sabiq hücumçu AFFA nümayəndəsi kimi də oyunlara təyinat alıb.

Allah rəhmət eləsin!