14:58 14-12-2020
news_image
158
FUTBOL

“Qarabağ” apelyasiya şikayəti etdi – Nurlan İbrahimova görə

“Qarabağ” klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun cəzası ilə bağlı apelyasiya məhkəməsinə şikayət edib.

Bu barədə apasport.az saytına İbrahimov özü məlumat verib.

O bildirib ki, UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən ömürlük cəza ilə bağlı apelyasiya müraciəti olunub. Qurumun 10-15 gün ərzində məsələyə baxması gözlənilir.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.