15:48 14-12-2020
news_image
108
FUTBOL

Upamekanoya iki müştəri – Avropa nəhəngləri

Almaniyanın “Leypsiq” klubunun futbolçusu Dayot Upamekano karyerasını Avropa nəhənglərindən birində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi iki top komandanın transfer hədəfidir.

İngiltərə “Mançester Yunayted”i və Almaniya “Bavariya”sı Dayotu heyətində görməkdə maraqlıdır. Bundesliqa təmsilçisi keçidi həll etməyə daha yaxındır.

Qeyd edək ki, “Leypsiq” müdafiəçini 43 milyon avroya satmağı planlaşdırır.