16:44 14-12-2020
news_image
98
FUTBOL

Almanların bacarmadığı ingilislər - “Liverpul” və “Mançester Siti”

İngiltərə klubları “Liverpul” və “Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya təmsilçilərinə rəqib olub.

Apasport.az saytının məlumatına görə, “Liverpul” “Leypsiq”lə, “Mançester Siti” isə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq.

“Qırmızılar” 2002-ci ildən bəri almanlara məğlub olmayıb. Komanda sonuncu dəfə məhz həmin il “Bayer”ə (2:4) uduzub. “Mersisaydlılar” Bundesliqa klubları ilə keçirdiyi son 10 qarşılaşmanın 7-də qələbə qazanıb. 3-də heç-heçə edib.

“Şəhərlilər” isə almanlara qarşı keçirdiyi son 9 matçın 8-də üstün tərəf olub. Maraqlıdır ki, bu görüşlərin 4-ü məhz Mönhenqladbax klubuna qarşı olub. “Mançester Siti” həmin görüşlərin 3-də qələbə qazanıb, 1 matçda isə bərabərlik qeydə alınıb.

Qeyd edək ki, 2021-ci il fevralın 16-17-də və 23-24-də baş tutacaq 1/8 final mərhələsində “Liverpul” və “Mançester Siti” ilk oyununu səfərdə keçirəcək.