
01:56
İngiltərə millisinin futbolçusu Dele Alli klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Tottenhem”in yarımmüdafiəçisi “Everton”un transfer siyahısına düşüb.
Liverpulluların baş məşqçisi Karlo Ançelotti orta sahə oyunçusunu sərəncamında görmək istəyir. Alli ilə danışıqlara aparmağı planlaşdıran “Everton” futbolçunu qışda heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, “Tottenhem” yarımmüdafiəçini 52 milyon avroya satmaq niyyətindədir.