17:28 14-12-2020
news_image
246
FUTBOL

İstefa verdi – Türkiyə klubunun prezidenti

Türkiyənin “Ərzurum BB” klubunun prezidenti Hüseyin Üneş vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə Super Liqa klubu məlumat yayıb.

Bildirilib ki, boş qalan postu hələlik vitse-prezident Ömər Düzgün tutacaq. Prezidentin istefası barədə məlumat verilməsə də, bunu uğursuz çıxışla əlaqələndirirlər.

Qeyd edək ki, “Ərzurum BB” 12 turdan sonra 9 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.