
00:26
İtaliyanın “Roma” klubunun futbolçusu Brayan Kristante cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçinin söyüş işlətməsi olub.
25 yaşlı oyunçunun A seriyasının XI turunda “Bolonya” ilə səfər qarşılaşmasında təhqiramiz ifadə işlətdiyi təsdiqlənib və buna görə Kristante 1 matçlıq diskvalifikasiya edilib. O, “Torino” ilə növbəti tur matçını buraxacaq.
Qeyd edək ki, “Bolonya” üzərində 5:1 hesablı qələbə qazanan “Roma” hazırda 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.