22:51 14-12-2020
news_image
134
FUTBOL

Prosineçkinin əvəzləyicisi müəyyənləşdi – Super Liqa klubunda

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi, nəhayət ki, yeni çalışdırıcısını tapıb.

Klub rəhbərliyi bu posta Yalçın Koşukavakı təyin edəcək. 48 yaşlı mütəxəssislə danışıqlar artıq müsbət yekunlaşıb. İndi yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb. Koşukavak son olaraq bu ilin yayında ayrıldığı “Altay”ı çalışdırıb.

Qeyd edək ki, “Dənizlispor” noyabrın sonlarında Robert Prosineçkini istefaya göndərib.